AZ EN RU

Gənclərimiz qardaş yardımı üçün Türkiyəyə yola düşüb

Türkiyədə baş verən və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələdən zərər çəkənlərə yardım məqsədilə Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycan dövləti tərəfindən başladılan genişmiqyaslı tədbirlərə Azərbaycanın könüllü gəncləri də qoşulublar.
Onlar bu gecə paytaxt Bakıdan muxtar respublikaya gəlib, buradan isə 100 nəfərlik heyətlə qardaş ölkəyə yola düşüblər.


Vüqar Əliyev ( Könüllü təşkilatlarının baş katibi): "Bu gecə ilk qrup olaraq 100 könüllü gəncimiz türkiyəyə yola düşür. Novbeti qrupun da qarşıdakı günlərdə yola düşəcəyi gozlənilir. Onlar zəlzələdən daha çox zərər çəkmiş kahramanmaraş şəhərində olacaqlar. Daha sonra gedən qruplar orada 3-4 qrupa bölünəcəklər və digər şəhərlərdə insanlara yardım edəcəklər. İttifaqın bu humanitar fəaliyyəti çərçivəsində Azərbaycan könüllüləri öz türkiyəli həmkarları ilə zəlzələnin baş verdiyi bölgələrdə faciədən zərər çəkmiş vətəndaşlara yardımların paylanılması, əhalinin istiqamətləndirilməsi, qeydiyyat və müxtəlif əlaqələndirmə işlərində iştirak edəcəklər"


Telman Həsənli  (Könüllü): "Məlum olduğu kimi Türkiyədə baş vermiş zəlzələ nəticəsində orada zərər çəkmiş bacı-qardaslarımıza kömək etmək, humanitar yardımların paylanması ilə bağlı Azərbaycan tərəfindən göndərilən könüllər heyətində yer alıram. Əlimizdən gəldiyi qədər orada insanlara - zərər çəkən soydaşlarımıza kömək etmək istəyirik. Onlarla birlikdə bu çətin günlərin öhdəsindən gələcəyimizə inanırıq".


Nazpəri Məmmədova (Könüllü): "Dövlətimizin etdiyi humanitar və digər yardımlara biz könüllülər də qoşulmaq istədik. Qardaş Türkiyədə baş verən fəlakət bizim de dərdimizdi, kederleri kədərimizdi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dediyi kimi Azərbaycan və Türkiyə qardaşdır, bir candır, bir yumruq dur. Biz də üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirəcəyik və onlara ilkin psixoloji yardımları göstərəcəyik".

Ceyhun Məmmədov

Nəşr edilib : 11.02.2023 14:23