AZ EN RU

Gənclər vətənpərvərlik janrında film izləyiblər

    Naxçıvanda Beynəlxalq Gənclər Günü ilə bağlı silsilə tədbirlər keçirilir. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Yarımçıq xatirələr” tammetrajlı bədii filmi nümayiş olunub. 
    Dövlət sifarişi ilə ekranlaşdırılan film 1941-ci ildə Brest qalasını faşistlərdən qəhrəmancasına müdafiə etmiş və 50 ildən sonra doğma Qarabağını erməni işğalçılarından müdafiə etməyə qalxmış Azər adlı bir əsgərin taleyindən bəhs edir. Filmin qəhrəmanı iki müharibənin iştirakçısıdır. Filmdəki hadisələr Qarabağ müharibəsinə rus zabitinin gözü ilə baxışı əks etdirir. 
    Elxan Cəfərovun rejissorluq etdiyi filmin əsas hissəsinin çəkilişləri Belarusun Brest, Minsk şəhərlərində və Vileyka qəsəbəsində aparılıb. 

Naxçıvan Muxtar Respublikası Gənclər və 
İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.08.2022 18:44