AZ EN RU

Gənclər üçün istirahət düşərgəsi təşkil edilib

   Muxtar respublikada gənclərin asudə vaxtını səmərəli təşkil etmək və istirahət etmələrinə şərait yaratmaq məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub. Gənclər və İdman Nazirliyi, Həmkarlar İttifaqları Şurası tərəfindən birgə təşkil olunan 2 günlük düşərgədə, ümumilikdə, 50 gənc iştirak edib. Proqrama əsasən 2 gün ərzində müxtəlif idman oyunları, intellektual yarışma, bədii gecə, stolüstü oyunlar, həmçinin Ağbulaq kəndi ərazisinə gəzinti təşkil olunub. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 10.07.2023 21:46