AZ EN RU

"Gənclər Paytaxtı” olan Şuşa şəhərinə simvolik açar təqdim edilib

"Gənclər Paytaxtı” olan Kazan şəhərinin simvolik açarı 2024-cü ilin “Gənclər Paytaxtı” olan Şuşa şəhərinə təqdim edilib.
Şuşa - İƏT “Gənclər Paytaxtı”nın loqosu təqdim olunub.
Sonra qonaqlar konsert proqramını izləyiblər.
İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin bir çox yüksək səviyyəli rəhbərlərinin və gənclərinin iştirakı ilə “Beynəlxalq Liderlik və Diplomatiya Konfransı”, “NexGen: Sosial İnnovasiyalar Forumu”, “Sülh və harmoniya üçün İslam Gənclərinin Danışıqları“ adlı tədbirlər də təşkil ediləcək. Proqram çərçivəsində qlobal, milli qurum və təşkilatlarla əməkdaşlıq ediləcək, müxtəlif fəaliyyətlər, o cümlədən mədəni, təhsil, əyləncə, sosial, idman, mədəniyyətlərarası dialoq, gənclərin liderliyi və bacarıqların artırılması mövzularında layihələr təşkil olunacaq.
Xatırladaq ki, 2023-cü ilin oktyabr ayında İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında Qarabağın incisi Şuşa şəhəri 2024-cü il üçün İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı” elan olunmuşdu.

Nəşr edilib : 04.06.2024 20:08