AZ EN RU

Gənclər Mülki Müdafiə Alayının göstərici məşğələsini izləyib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülkü Müdafiə Alayında Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı göstərici məşğələ keçirilib. Göstərici məşğələdə muxtar respublikanın ali və orta ixtisas təhsili müəsisələrində təhsil alan tələblər iştirak edib. İştirakçılara əvvəlcə mülki müdafiənin mahiyyəti barədə məlumat verilib. 11 tədris nöqtəsindən ibarət göstərici məşğələdə gənclərə qayıqların və dalğıc avadanlıqlarının təyinatı izah olunub, su nasoslarının təyinatı və istifadə qaydaları barədə məlumat verilib. Sonrakı təlim nöqtələrində zirzəmilərdən və tüstü bürüyən otaqlardan zərərçəkənlərin xilas edilməsi göstərilib, ərazilərin partlamayan döyüş sursatlarından təmizlənməsi üzrə pirotexniklərin fəaliyyəti nümayiş olunub. Gənclər şəxsi heyətin radioaktiv və kimyəvi zəhərlənmələrdən mühafizəsinin təşkilinə, hündür mərtəbəli binalardan insanların xilas edilməsi zamanı alpinistlərin fəaliyyətinə, səhra mətbəxlərinin təyinatı və istifadə qaydalarına, xüsusi təyinatlı qəza-xilasetmə avtomobillərinin heyətinə, döyüş açılışının verilməsi üzrə xilasedicilərin fəaliyyətinə maraqla baxıblar.

Sonuncu təlim nöqtəsində uçqunlar altında qalan insanların axtarışı, xilas edilməsi üzrə kinoloqların və xilasedicilərin fəaliyyəti nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar və Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən göstərici məşğələdə fərqlənənlərə fəxri fərmanlar təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 03.03.2023 11:34