AZ EN RU

Gənclər Fondunun Naxçıvan filialına təyin olunan direktor kimdir? - DOSYE

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan Filialının direktoru vəzifəsinə təyin olunan Arzu Qasımov
2015-ci ildə bakalavr təhsilini Naxçıvan Dövlət Universitetində Xarici dil müəllimliyi (Fransız dili) üzrə fərqlənmə diplomu ilə başa vurub. 

2015-2016-cı illərdə hərbi xidmətdə olub.

2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində Pedaqogika (Pedaqogika nəzəriyyəsi və tarixi) ixtisası üzrə magistr təhsili alıb.  

2019-cu ildə Fransa Respublikasının Nis şəhərində “Frankofonya” Yay Universitetində ixtisasartırma proqramını bitirib. 

2021-ci ildə Naxçıvan Dövlət Universitetində Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasından fəlsəfə doktoru proqramı üzrə qiyabi doktoranturaya (dövlət sifarişi) qəbul olunub. 

“Tələbələrin humanist dəyərlər əsasında formalaşmasında könüllülük fəaliyyətinin rolu” adlı pedaqogika üzrə fəlsəfə doktoru dissertasiya mövzususu üzərində tədqiqat aparır.

2022-ci ildə “Naxçıvan” Universitetində saat hesabı Fransız dili müəllimi vəzifəsində çalışıb.

2024-cü ildən Naxçıvan Dövlət Universitetində saat hesabı Fransız dili müəllimi kimi "Xarici dil bacarıqları" və "Xarici dildə işgüzar və akademik kommunikasiya" fənlərini tədris edir.

Bir neçə elmi və publisistik məqalə müəllifidir.

2018-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda mütəxəssis və baş mütəxəssis vəzifələrində çalışıb. 

2020-ci ildən bu günə kimi Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda Gənclər təşkilatları və gənclərlə iş şöbəsinin müdiri kimi fəaliyyət göstərib.

2021-ci ildən YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Gənclər Birliyinə Sədr seçilib. (Rəhbəri olduğu təşkilatın 24 min gənc üzvü var)

2019-cu ildən "Estafet" Gənclərin İctimai Birliyində İdarə Heyətinin üzvü, sədr müavini kimi fəaliyyət göstərib. 2023-cü ildə "Estafet" Gənclərin İctimai Birliyinin İdarə Heyətinin Sədri vəzifəsində çalışıb. 

Onlarla  beynəlxalq konfrans, forum və seminarların iştirakçısı olub. Bir neçə qrant layihənin müəllifidir.

Nəşr edilib : 05.04.2024 13:59