AZ EN RU

Gənclər Bayraq Muzeyini ziyarət edib

Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə könüllü gənclərin Dövlət Bayrağı Muzeyinə ekskursiyası təşkil olunub. Məqsəd gənclərə vətənpərvərlik ruhu və yurd eşqi aşılamaq, Naxçıvanla bağlı tarixi biliklər əldə etmələrinə zəmin yaratmaqdır.

Muzeylə tanışlıq zamanı gənclərə sözügedən məkanın yaranma tarixi və ekspozisiyası haqqında məlumat verilib. Burada tarixən Naxçıvan ərazisində mövcud olan dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olmuş bayraqları, gerbləri və inzibati xəritələri,  döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri nümayiş olunur.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilən üçrəngli bayrağımız ikinci dəfə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1990-cı il noyabrın 17-də Naxçıvanda qaldırılıb. Muzeydə həmin illərdə qəbul olunan tarixi qərarlar, Azərbaycan Respublikasının Dövlət Bayrağı və digər dövlət atributları haqqında ətraflı məlumatlar yerləşdirilib.

 Naxçıvan Muxtar Respublikası Gənclər və

İdman Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.02.2024 16:08