AZ EN RU

Gənc rəssamın fərdi sərgisi açılıb

 Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində  Rəssamlar Birliyinin Gənclər bölməsinin üzvü gənc rəssam Fərqanə Seyidovanın “Gilə  hopmuş həyat” adlı hesabat sərgisi açılıb.   
    Tədbirdə Rəssamlar Birliyinin üzvü, sənətşünas  Nizami Alıyev çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasətinə böyük ehtiramın ifadəsi olaraq bu gün həmin sahədə mükəmməl hüquqi baza yaradılıb, əsas vəzifələr və istiqamətlər müəyyən edilib. Azərbaycanda təhsilin, mədəniyyətin inkişafı ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib, gənc nəslin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkanlar yaradılıb. 
    Diqqətə çatdırılıb ki, dövlət gənclər siyasəti qədim diyarımızda da uğurla həyata keçirilir, muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində gənclərin sosial, ictimai-siyasi və mədəni həyatda yaxından iştirakı təmin olunur. Bugünkü sərgi də məhz bu qayğının təzahürüdür. 
    Gənc rəssam dövlətimizin hər sahədə gənclərə yaratdığı şəraitə, göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.
    Qeyd edək ki, ekspozisiyada rəssamın bir sıra mövzularda işlənmiş 10 yağlı boyası, 5 tikmə və 26 heykəltəraşlıq işləri sərgilənib.

Aytac CƏFƏRLİ

Nəşr edilib : 05.12.2022 21:01