AZ EN RU

“Gənc Dövlət Qulluqçularının II Çoxnövçülük Kuboku” adlı intellektual turnirə yekun vurulub

    Azərbaycan Respublikasının Gənc­lər Fondu və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş intellektual oyunlar üzrə çoxnövçülük turnirinə yekun vurulub. 
    Finalda iştirakçılar “Iquiz” intellektual oyununda mübarizə aparıblar. 30 dövlət orqanının təmsil olunduğu “Gənc Dövlət Qulluqçularının II Çoxnövçülük Kuboku”nun qalibi Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin komandası olub, Ədliyyə Nazirliyi II, Gənclər və İdman Nazirliyinin komandası isə III yeri tutub.
    Çoxnövçülük çərçivəsində keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyununda I yeri Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, II yeri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, III yeri isə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun komandası tutub. “Breyn rinq” intellektual oyununda I yeri Gənclər və İdman Nazirliyinin, II yeri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, III yeri isə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin komandası tutub.
    “Iquiz” intellektual oyununda isə I yeri Təhsil, II yeri Ədliyyə nazirliklərinin komandası, III yeri isə Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin komandası tutub.
    Qaliblərə kubok, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Xəbərlər şöbəsi

Nəşr edilib : 21.09.2023 19:18