AZ EN RU

Gəlin birlikdə oxuyaq!

28 yanvar 1813-cü ildə Ceyn Ostinin "Qürur və qərəz" əsəri ilk dəfə Böyük Britaniyada nəşr edilib.
İki "inadçı keçi"nin eşq hekayəsidir "Qürur və Qərəz". Ailənin ikinci övladı olan Elizabet doğulduğu ailənin üzvlərindən demək olar ki, fərqlənir. (Elizabetə yaxın xasiyyətdə olan Ceyni nəzərə almasaq). Bir ana düşünün fikri-zikri qızlarına uyğun nişanlı tapmaq olsun. Bütün ailə planlarını isə bu fikir üzərində həyata keçirtsin. (Əlbəttə ki,bu ana Elizabetin anasıdır) Elizabet və Darsinin eşqi "Dağ qayaya rast gəlib"misalını xatırladır bizə. Amma mükəmməl cütlük deyə bilərik. Roman əsasında film də çəkilib. Birincisi, 1813-cü ildə, ikincisi isə müasir dövrdə, 2006-cı ildə. Hər ikisini kitabdan sonra izləyin. Oxumamısınızsa elə indicə kitabxanaya üz tutaraq, kitabı götürün və uzun qış gecələrində "Qürur və Qərəz"lə baş-başa...kitabla qalın

Nəşr edilib : 28.01.2024 12:57