AZ EN RU

Gələcəyin kitabxanaçıları üçün açıq dərs keçirilib

    Mayın 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana fondlarında çap əsərlərinin düzülüşü və mühafizəsi” mövzusunda açıq dərs keçilib.
    Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Müəllimlər İnstitutunun Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələri üçün  keçilən dərsi giriş sözü ilə kitabxananın direktoru Tamella Əsgərova açaraq bildirib ki, kitabxana daim yenilənməli, oxucuların tələbatını ödəmək üçün dinamik olmalıdır. Kitabxana fondu kitabxananın tipinə və profilinə uyğun olaraq qurulmalıdır.
    Sonra kitabxananın Kitabsaxlama şöbəsinin müdiri Xurşud Budaqova “Kitabxana fondlarında çap əsərlərinin düzülüşü və mühafizəsi” mövzusunda çıxışında fondun tərkibi, düzülüşü barədə ətraflı məlumat verib.
    Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 17.05.2023 16:39