AZ EN RU

“Gələcək üçün əl-ələ” adlı ekoloji maarifləndirmə tədbiri keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Heydər Əliyev ili”nə həsr olunmuş “Gələcək üçün əl-ələ” adlı ekoloji maarifləndirmə tədbiri keçirilib

          Tədbiri giriş sözü ilə institutun dosenti, Ümumi fənlər kafedrasının müdiri Qızıllı Əliyeva açaraq son illərdə dünyada baş verən ekoloji problemlərdən danışıb və ekologiyanın qorunub saxlanılmasında maarifləndirmənin önəminə toxunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Təbii Ehtiyatlar İnstitutu Geoekologiya və seysmologiya laboratoriyasının əməkdaşı Aytən Kərimova çıxış edərək bildirib ki, ekoloji problemlərin səbəblərindən əsası təbiətdən səmərəli şəkildə istifadə edilməməsidir. Əhalinin çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, meşə və yaşıllıq sahələrinin artırılması, aztullantılı iqtisadi inkişafın təmin edilməsi və ekoloji problemlərin digər yolları haqqında məlumatlandırılması  aktuallıq kəsb edir.

İnstitutun Tələbə Gənclər Təşkilatının sədri, doktorant Aygül Məmmədova 13 iyun tarixində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəsi Fuad Nəcəflinin gənclərlə görüşündən, görüşdə irəli sürülən təkliflərdən, Naxçıvan Muxtar Respublikasının “sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından və bu sahədə gənclərin də üzərinə düşən vəzifələrdən danışıb, bugünkü ekoloji maarifləndirmə və ekskursiya tədbirinin gənclərin könüllü olaraq kiçik kütlə ilə başlamaqla ümumi inkişafa dəstək verəcəklərinə inandığını bildirib.

Tələbələr adından çıxış edən Tələbə Gənclər Təşkilatının sədr müavini, bir çox proqramlarda fəal könüllü olan Abutalıb Ağa Kəngərli və təşkilat nəzdində fəaliyyət göstərən Eko klubunun sədri Röya Məmmədova həyata keçirdikləri “Bir damla su” maarifləndirmə tədbiri haqqında məlumat veriblər.

Tədbirin sonunda tələbələr institutun xidmət etdiyi yaşıllıq zolağını tullantılardan təmizləyiblər.

Nəşr edilib : 23.06.2023 11:21