AZ EN RU

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub

Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Nəşr edilib : 19.09.2023 09:55