AZ EN RU

Gal-Şurud avtomobil yolunda yaranan məhdudiyyətlər aradan qaldırılıb

Yağan güclü yağış nəticəsində yaranan sel suları Gal-Şurud kənd avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib və yolun bəzi hissələri yararsız hala düşüb.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə agentliyin əməkdaşları cəlb olunub. Qreyder vasitəsilə yolda hamarlanma işləri aparılıb və hərəkətin fasiləsizliyi, təhlükəsizliyi təmin olunub.

Nail ƏSGƏROV

Nəşr edilib : 12.06.2024 17:02