AZ EN RU

Füzulidə, Laçında və Zabuxda orta təhsil səviyyəsi üzrə ilk dəfə buraxılış imtahanı keçirilib

Xəbər verildiyi kimi, Dövlət İmtahan Mərkəzi aprelin 7-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
Həmçinin işğaldan azad olunmuş Laçın, Füzuli və Zəngilan rayonlarında da buraxılış imtahanı təşkil edilib. Belə ki, yeni istifadəyə verilmiş Laçın şəhər 2 nömrəli tam orta məktəbdə, Zabux kənd tam orta məktəbində və Füzulidə M.Uluqbəy adına 1 nömrəli məktəbdə ilk dəfə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Nəşr edilib : 07.04.2024 16:10