AZ EN RU

Füzuli və Cəbrayıl rayonlarının prokurorları dəyişib

Baş prokuror Kamran Əliyevin əmrinə əsasən, prokurorluq orqanlarında təyinatlar olub, Füzuli və Cəbrayıl prokurorları dəyişib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Elnur Rüstəmov Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Füzuli rayon prokuroru vəzifəsində işləyib. Baş prokurorun digər əmri ilə Ramiz Əliyev Füzuli rayon prokuroru vəzifəsinə təyin olunub. Ramiz Əliyev bu təyinata qədər Cəbrayıl rayon prokuroru vəzifəsində işləyib. Bundan başqa, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Vüqar Səlimov Cəbrayıl rayon prokuroru vəzifəsinə təyin olunub. Bu təyinata qədər Vüqar Səlimov Ağcabədi rayon prokurorunun müavini vəzifəsində çalışıb.

Nəşr edilib : 04.06.2024 17:12