AZ EN RU

Futzal turnirinin qalibləri ilə görüş keçirilib

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr edilən futzal turnirinin qalib komandası ilə görüşüb. Universitetin futbol komandası ilə keçirilən görüşdə rektor ali təhsil ocağının idman sahəsindəki əhəmiyyətli uğurlarından bəhs edib.

Tələbələri muxtar respublikanın 100 illik yubileyinə verdikləri qalibiyyət töhfəsinə görə təbrik edən Elbrus İsayev məşqçilərə pul mükafatı, komanda üzvlərinə isə təşəkkürnamə təqdim edib.

Qeyd edək ki, Bakı şəhərində keçirilən turnirin məqsədi Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd olunması, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin futzala olan marağının artırılması, onlar arasında futzal idman növünün təbliğ edilməsi, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarət olub.

Məmmədbağır Dünyamalıyev

NDU-nunMedia və ictimaiyyətlə əlaqələr bölməsinin əməkdaşı

Nəşr edilib : 14.03.2024 11:00