AZ EN RU

Futzal turnirində anşlaq

Muxtar respublikada fəaliyyət göstərən nazirliklər arasında “Heydər Əliyev kuboku” uğrunda futzal turniri komandaların maraqlı mübarizəsi, tamaşaçıların böyük maraq və dəstəyi ilə davam edir. Ötən gün İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarımfinal görüşlərini ümumilikdə 500-ə yaxın idmansevər izləyib. 

Nəticələrə gəlincə, Maliyyə Nazirliyinin təmsilçiləri Rabitə və Yeni Texnologiyalar Nazirliyinin komandasını 6:1 hesabı ilə məğlub edərək finala adlayıb. İkinci finalçı Gənclər və İdman, Fövqəladə Hallar nazirlikləri arasında keçirilən qarşılaşmada bəlli olub. Gərgin mübarizədə son 3 dəqiqə ərzində vurduğu 2 qol sayəsində FHN təmsilçisi sevinən tərəf olub. Bu mərhələnin qalibləri finalda, digərləri isə üçüncü yer uğrunda görüşdə meydanda olacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Futbol Federasiyası tərəfindən birgə təşkil olunan yarışın son oyunları və mükafatlandırma mərasimi sabah keçiriləcək. İdmansevərlər əvvəlcə üçüncülük, sonra isə final matçını izləmək imkanı əldə edəcək. İlk görüş saat 19:00-a, ikincisi isə 20:15-ə nəzərdə tutulub. 

Naxçıvan Muxtar Respublikası

 Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 24.06.2023 15:48