AZ EN RU

Futbol üzrə Türkiyə Kubokunun sahibi bəlli olub

"Atatürk Olimpiya Stadionu”nda baş tutan final matçında “Beşiktaş” və “Trabzonspor” komandaları üz-üzə gəlib.
Oyun İstanbul klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə hesabı 13-cü dəqiqədə qaradənizlilərin heyətində Poul Onuaçu açıb. Fasilə ərəfəsində Raşid Qezzal “status-kvo”nu bərpa edib. 54-cü dəqiqədə Salih Uçan “ağ-qaralar”ı hesabda önə çıxarıb. Final fitinə 1 dəqiqə qalmış Nikolas Pepe "status-kvo"nu bərpa etsə də, 90+4-cü dəqiqədə "Beşiktaş"ın heyətində adını tabloya yazdıran Əl Müsrati komandasına qələbə qazandırıb.
Qeyd edək ki, bu nəticə ilə "Beşiktaş" tarixində 11-ci dəfə ölkə kubokunun sahibi olub.

Nəşr edilib : 24.05.2024 00:33