AZ EN RU

F.S.Süleymanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini və 30-cu maddəsini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının ictimai həyatında səmərəli fəaliyyətinə  görə Firudin Süleyman oğlu Süleymanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin.

 

ANAR İBRAHİMOV

Naxçıvan Muxtar Respublikası

Ali Məclisi sədrinin müavini  

Naxçıvan şəhəri, 29 iyun 2024-cü il

Nəşr edilib : 29.06.2024 14:27