AZ EN RU

Fransız dili müəllimləri “Fransız şəhərciyi” ixtisasartırma təlimində iştirak ediblər

    Naxçıvan Dövlət Universitetinin  Xarici dillər fakültəsinin Roman-german dilləri kafedrasının baş müəllimi Əzizə Əliyeva  və həmin kafedranın müəllimi Hidayət Əkbərov İsmayıllı rayonunda “Fransız şəhərciyi” adlı ixtisasartırma təlimində çıxış ediblər.
    Fransanın Azərbaycandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Fransız İnstitutunun Azərbaycanın məktəb, lisey və universitetlərdə fəaliyyət göstərən 75 fransız dili müəllimi üçün təşkil edilən təlimdə digər Azərbaycan universitetləri ilə yanaşı,  Naxçıvan Dövlət Universitetindən də müəllimlər iştirak ediblər. Bezanson Universitetinin Tətbiqi Dilçilik Mərkəzinin fransız dili xarici dil üzrə ekspertləri təlimçi heyətin üzvləri sırasında olub. 
    Nəzəri biliklərlə yanaşı,  praktik məşğələlərin də həyata keçirildiyi təlimdə fransız dilinin tədrisini yaxşılaşdırmaq məqsədilə  müxtəlif innovativ metodlar haqqında məlumat verilib.  
    Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qros təlim iştirakçılarının fransız dilinin tədrisi ilə bağlı suallarını cavablandırıb. Təlimin sonunda iştirakçılara sertifikat təqdim olunub.  
    Qeyd edək ki, ikinci dəfədir, təşkil olunan təlim ilk dəfə olaraq bu ilin 31 yanvar-4 fevral 2022-ci il tarixlərdə baş tutub. Təlimə Naxçıvan Dövlət Universitetinin müəllimləri Əzizə Əliyeva  və  Hidayət Əkbərov da qatılıb.

Naxçıvan Dövlət Universitetinin  
Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 04.07.2022 20:22