AZ EN RU

Fransalı senator Bakı və Paris küçələrinin təmizliyini müqayisə edib

Fransa Senatının Orne departamentindən olan üzvü Natali Qule tviter hesabında Paris küçələrinin görüntülərini paylaşaraq, müqayisə üçün müasir Bakının küçə və meydanlarının bir neçə fotosunu yerləşdirib.

Parisin Bulon-Bilyankur qəsəbəsindən olan Natali Qule tviter hesabında Bakı küçələrinin heyrətamiz təmizliyini və baxımlılığını qeyd edir. Onun sözlərinə görə, bunu Fransa paytaxtı haqqında demək çətindir.

Natali Qulenin sözlərinə onu da əlavə etmək lazımdır ki, Bakının yarımsəhra landşaftına və çətin iqlim şəraitinə malik olmasına baxmayaraq, özünəməxsus memarlıq görünüşü ilə yanaşı, həm də təmizliyi, səliqəsi və yaşıllıq zənginliyi ilə Avrasiya məkanındakı şəhərlərdən fərqlənir.

Bakının təmizliyi son illərdə keyfiyyətcə yeni səviyyəyə yüksəlib ki, bu da həm bakılıların, həm də Azərbaycan paytaxtının çoxsaylı qonaqları tərəfindən daim qeyd edilir.

Nəşr edilib : 16.03.2023 10:21