AZ EN RU

“Frankofoniya günləri” çərçivəsində natiqlik müsabiqəsi

    Naxçıvan Dövlət Universitetində “Frankofoniya günləri” çərçivəsində natiqlik müsabiqəsi keçirilib. Əvvəlcə Azərbaycan Fransız İnstitutunun direktor müavini Hakan (Conathan) Unlu Frankofoniya günlərinin məqsədi və beynəlxalq strategiyası haqqında məlumat verib. Hakan (Conathan) Unlu universitetə 70-ə yaxın fransızdilli kitab hədiyyə edib.
    Fransa, Litva və Mərakeşin Azərbaycandakı səfirləri münsiflər heyəti olaraq müsabiqəyə onlayn qoşulduqdan sonra Azərbaycan Fransız dili İnstitutunun tələbələr arasında təşkil etdiyi natiqlik müsabiqəsinə start verilib. Müsabiqə yalnız Naxçıvan Dövlət Universitetinin Fransız dili ixtisasında bakalavr və magistr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Natiqlik müsabiqəsi 2 turda həyata keçirilib. 2-ci turda – yəni final mərhələsində 5 ən yaxşı namizəd seçilib. 
    Nəzərinizə çatdıraq ki, I yerdə qərarlaşan fransız dili müəllimliyi üzrə III kurs tələbəsi Sədaqət Babayeva cari ilin yayında yol xərci, yaşayış yeri, yarım pansion, fəaliyyətlərin pulsuz olması şərtilə Fransaya 2 həftəlik səyahət qazanıb. II yerə layiq görülən I kurs magistrant Aytac Ələkbərova Bakıda Azərbaycan Fransız dili İnstitutunda pulsuz fransız dili dərsləri almaq imkanı əldə edib. III, IV və V yerlərə layiq görülən tələbələr isə TotalEnergies tərəfindən təklif olunan kitablar da daxil olmaqla bir çox hədiyyələrlə mükafatlandırılıblar. 
    Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov çıxışı zamanı münsiflər heyətinə müəllim və tələbələr adından minnətdarlığını bildirib.
    Sonda tələbələrin sualları cavablandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 19.04.2022 19:15