AZ EN RU

Fövqəladə hallara qarşı maarifləndirmə işləri görülür

    Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi yaşayış məntəqələrində qış mövsümdə təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onun qarşısının alınması məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir. Növbəti tədbir Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi ilə birlikdə Qaraçuq kəndində keçirilib.
    Naxçıvan şəhərinin kənd icra nümayəndələri, Mənzil İstismar xidmətlərinin, Qaz İstismar İdarəsi və Elektrik Şəbəkəsinin müvafiq vəzifəli şəxslərinin və sakinlərin iştirakı ilə keçirilən tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Axundov mövsüm ərzində müvafiq sahədə görülən işləri diqqətə çatdırıb.
    Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Mirtaleh Seyidov qış mövsümündə vətəndaşlar tərəfindən təbii qaz və elektrik enerjisindən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri barədə məlumat verib, dəm qazından yaranan zəhərlənmələr, həmçinin yaşayış evlərində dəm qazının olduğunu bildirən cihazın vacibliyi barədə danışıb.
    Naxçıvan Şəhər Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin baş polis sahə inspektoru, polis kapitanı Ruslan Hüseynov, Dövlət Yanğın Nəzarəti bölməsinin rəisi, daxili xidmət mayoru Etibar Məmmədov yaşayış məntəqələrində qaz və elektrik təsərrüfatından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması və israfçılıq hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərdən bəhs ediblər.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

Nəşr edilib : 14.02.2022 19:16