AZ EN RU

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Naxçıvan şəhər, Əlincə məhəlləsi bina 2A, mənzil 5 ünvanında 3 uşağın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində uşaqların xilas olunması təmin edilib.

Nəşr edilib : 01.09.2023 16:45