AZ EN RU

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu, MəmmədSabir kəndində həyətyanı sahədə yanğın olması barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şərur rayonu, MəmmədSabir kəndində həyətyanı sahədə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal Şərur rayon Dövlət Yanğından Mühafizə Hissəsinin bölmələri çağırış üzrə yanğın baş verən əraziyə cəlb olunub. Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının vətəndaşa məxsus istixana kompleksinə keçməsinin qarşısı alınıb. 
Yanğın nəticəsində 100 m2 quru otluq sahə yanıb. Yanğın nəticəsində xəsarət alan olmayıb.

Nəşr edilib : 06.09.2023 16:29