AZ EN RU

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində "AzSamand" markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın qısa müddətdə söndürülərək avtomobilin digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində bəzi detallar yanıb, avtomobil yanğından mühafizə olunub.

Ceyhun Məmmədov

Nəşr edilib : 15.10.2023 10:43