AZ EN RU

Fitosanitar vəziyyətin müəyyənləşdirilməsi istiqamətində monitorinqlər davam etdirilir

    Naxçıvan Muxtar Respublikasında fitosanitar vəziyyətin müəyyənləşdirilməsi məqsədilə Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında monitorinqlər davam etdirilir.

    Monitorinqlərə cəlb olunan mütəxəssislər tərəfindən yaşıllıq zolaqlarına, meyvə və üzüm bağlarına, həyətyanı sahələrdə olan meyvə ağaclarına və əkin sahələrinə baxış keçirilir. Fitosanitar vəziyyətin araşdırılması zamanı yaşayış məntəqələrində mövcud bitki və bitkiçilik məhsullarında bir sıra xəstəlik və zərərvericilər aşkarlanmışdır. Belə ki, ağaclarda mənənə və qabıqaltı qurdların, cəviz ağaclarının yarpaqlarında fır gənəciyinin, alma və heyva ağaclarında yarpaq yanıqlığının, üzüm bağlarında mildium və xlorozun olduğu müşahidə edilib. Aşkarlanan xəstəlik və zərərvericilər qeydiyyata alınıb və onlara qarşı mübarizə tədbirlərinin aparılması istiqamətində maarifləndirmə tədbirləri görülüb.

Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 13.06.2023 20:18