AZ EN RU

Fitosanitar və epizootik monitorinqlər davam edir

    Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində muxtar respublikanın fitosanitar və epizootik vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə yaradılan monitorinq qrupları Naxçıvan şəhəri və muxtar respublikanın rayonlarında monitorinqləri davam etdirir.
    Fitosanitar monitorinqlər zamanı əkinlərin dəqiqləşdirilməsi, o cümlədən meyvə bağlarında və həyətyanı sahələrdə, yaşıllıq zolaqlarında xəstəlik və zərərvericilərin müəyyənləşdirilməsi məqsədilə müşahidələr aparılır. Müşahidələr zamanı lazım olan dərman preparatları və onlardan istifadə qaydaları haqqında təsərrüfat sahiblərinə ətraflı məlumat verilir.
    Eyni zamanda təsərrüfatlarda mal-qaranın, ev quşlarının və arı ailələrinin sayı müəyyənləşdirilir, heyvandarlıqda epizootik vəziyyət, heyvanların yem tələbatı və saxlanma şəraiti, o cümlədən sahibsiz itlərdə quduzluğa qarşı mübarizə tədbirlərinin aparılma vəziyyəti öyrənilir.

Naxçıvan Muxtar Respublikası 
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 30.05.2023 19:33