AZ EN RU

Finalçıların adları məlum olub

    Naxçıvan Şahmat Mərkəzində keçirilən kişilər arasında şahmat üzrə Azərbaycan çempionatında finala yüksələn zəka sahiblərinin adları məlum olub.
    İlk finalçı ikinci oyunda da qələbə qazanan qrossmeyster Misrətdin İsgəndərov (2566)  olub. Onun rəqibi qrossmeyster Aydın Süleymanlı (2530) qara fiqurlarla mütləq qələbə qazanmalı idi ki, yalnız bu halda görüş “uzatmaya” qalacaqdı. Lakın Misrətdin qaraların oyunu mürəkkəbləşmə cəhdlərinin qarşısını alıb və sonda “h5” xanasında dayanan topu həbs etməklə oyunun taleyini həll edib.
    İkinci görüşdə isə qaralar ilə oynayan beynəlxalq usta Məhəmməd Muradlı (2528) məqsədinə nail olub və qrossmeyster Vasif Durarbəyli (2615) üzərində qələbə qazanaraq hesabı bərabərləşdirib. İki klassik oyun heç-heçə başa çatdığından növbəti oyun keçirilib. Bu görüşdə Məhəmməd Muradlı qalib gəldi və adını finala yazdırdı.
    17-18 fevral tarixlərində çempionatın medalçılarının adları məlum olacaq. 

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 16.02.2022 20:44