AZ EN RU

Final mərhələsində mübarizə aparacaq komandalar məlum olub

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə uşaq futbolu üzrə U-10, U-11, U-12, U-13 və U-14, eləcə də ölkə­nin ən kütləvi məktəbli futbol turniri olan AFFA “Coca-Cola Məktəbli Kuboku”nun mərhələ yarışları başa çatıb.
    Uzunoba Təlim-Məşq İdman Kompleksində olimpiya sistemi üzrə keçirilən çempionatda, ümumilikdə, 51 komanda mübarizə aparıb. Yarışın son günündə daha 3 qalibin adı məlum olub. Belə ki, U-10 liqasında “Şərur” “Araz-Naxçıvan”ı (6:5), U-11 liqasında “Araz-Naxçıvan” UGİM-i (Şərur) (8:2), U-14 liqasında isə UGİM (Şərur) “Araz-Naxçıvan”ı (4:1) məğlub edərək final mərhələsinə vəsiqə qazanıb.
    Mərhələ yarışlarının yekun nəticəsinə əsasən muxtar respublikanı “Coca-Cola Məktəbli Kuboku”nun qalibi “Şərur”, U-10 liqasında “Şərur”, U-11 liqasında “UGİM” (Şərur), U-11, U-12 və U-13 liqalarında isə “Araz-Naxçıvan” komandaları təmsil edəcəklər.
    Qeyd edək ki, final mərhələsi Bakı şəhərində təşkil olunacaq.  

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 11.04.2022 19:23