AZ EN RU

FHN tərəfindən Kahramanmaraşda növbəti çadır şəhərciyi qurulub

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi (FHN) qardaş ölkəyə göndərilmiş çadırların nazirliyin qüvvələri tərəfindən qurulması prosesini həyata keçirir.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN-in qüvvələri tərəfindən Kahramanmaraşda yerləşən Kahramanmaraş Sütçü İmam Universitetinin həyətində 300 çadırdan ibarət növbəti çadır şəhərciyi qurulub.

Çadırlarda yaşayan insanlar üçün lazımi şərait yaradılıb, o cümlədən mobil səhra mətbəxi qurularaq qida təminatı təşkil edilib.

Nəşr edilib : 16.02.2023 17:50