AZ EN RU

FHN-in xilasediciləri tərəfindən 16 nəfər dağıntılar altından sağ çıxarılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə olan çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Nəşr edilib : 08.02.2023 09:53