AZ EN RU

FHN-in xilasediciləri 26 nəfəri dağıntılar altından sağ çıxarıblar

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, əməliyyatlara FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də cəlb olunub.

Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.

Nəşr edilib : 08.02.2023 14:17