AZ EN RU

FHN-in Qarabağ Regional Mərkəzinin rəisi: Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qərarı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni əhalisi üçün, zəruri ərzaq məhsullarının göndərilməsi nəzərdə tutulub. Sentyabrın 22-də hər birinin tutumu 20 ton olan iki ədəd yük avtomobilində zəruri ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də çörək dolu 2 ədəd avtomobil Ağdam rayonundan Xankəndi istiqamətinə hərəkət edir. Yük karvanı Ağdam - Xankəndi yolu ilə hərəkət edəcək. Karvan təyinat nöqtəsinə çatdıqdan sonra əhaliyə paylanacaq.

Bu sözləri Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyev deyib.

M. Feyziyev Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstəyin veriləcəyini bildirib. "Bundan sonra da bu kimi humanitar yüklərin göndərilməsi təmin olunacaq”,- deyə FHN rəsmisi bildirib.

Nəşr edilib : 22.09.2023 10:16