AZ EN RU

FHN-in növbəti humanitar yardımı Türkiyəyə yola salınıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) növbəti humanitar yardımı qardaş ölkə Türkiyəyə yola salınıb.

FHN-ə məxsus 1 minik və 13 xüsusi təyinatlı avtomobil karvanına dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar, masalar, oturacaqlar və digər avadanlıqlar daxildir.

Nəşr edilib : 08.02.2023 09:35