AZ EN RU

FHN-in əməkdaşı Himalay dağ silsiləsinə yürüş edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicisi Sima Səfərova Azərbaycan Alpinizm Federasiyasının təşəbbüsü ilə martın 24-dən aprelin 3-dək Nepal ərazisində Himalay dağ silsiləsində yerləşən hündürlüyü 6 min 189 metr olan İsland zirvəsinə texniki dırmanış edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qarşıya qoyulan hədəfə uğurla çatan S.Səfərova Azərbaycan Respublikasının Dövlət Bayrağını və FHN-in rəmzi olan bayrağını İsland zirvəsinə dalğalandırıb.

Yürüş çərçivəsində o, 5 min 364 metr hündürlükdə yerləşən Everest Baza düşərgəsində və 5 min 644 metr hündürlükdəki Kala Patthar zirvəsində də olub.

Nəşr edilib : 05.04.2024 17:53