AZ EN RU

FHN-də Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib 

Fövqəladə Hallar Nazirliyində (FHN) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan tədbir keçirilib.

Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Tədbirdə nazir Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov və FHN-in əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin mənalı həyat yolundan, Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıb. Nazir qeyd edib ki, böyük şəxsiyyət və əvəzedilməz insan Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə bağlı istər respubilkada, istərsə də ölkədən kənarda keçirilən silsilə tədbirlər bütün dünya azərbaycanlılarının dahi rəhbərinə necə dərin və sonsuz məhəbbət hissi bəslədiyini parlaq şəkildə təcəssüm etdirir.

Nəşr edilib : 10.05.2024 18:54