AZ EN RU

FHN: Binəqədi rayonundakı inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin həyata keçirdiyi zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonunun Ziya Bünyadov prospektindəki inşaat materialları bazarındakı yanğın məhdudlaşdırılıb.

Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.

Bazarda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20-dən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

Nəşr edilib : 23.11.2023 10:42