AZ EN RU

Fəxri Səyyadov: "Bu toy Naxçıvanda ilk oldu"

Festivalda oğlumun qədim adətlərə uyğun şəkildə toy mərasiminin keçirilməsi  ailəmizin sevincinə səbəb oldu. Biz əslən Zəngəzur mahalındanıq. Babalarımızın doğma yurdundan zorla çıxarılandan sonra əlbəttə ki, məskunlaşıb yurd saldığımız yerlərdə toylarımızı qədim adətlərə uyğun edirdik. Amma bu gün təşkil olunan toy mərasimi tamam başqa idi. Təşkilatçılar var olsun. Allah hər birimizin övladını xoşbəxt etsin. İnşallah gələn toylarımızın səsi Zəngəzur mahalından gələr.

Nəşr edilib : 21.06.2024 17:36