AZ EN RU

Fevralın 14-ü Beynəlxalq Kitab Bağışlama Günüdür

Bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan, eyni zamanda bütün kitabsevər insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. 
Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, naşirlərin, mətbəələrin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

Nəşr edilib : 14.02.2024 11:22