AZ EN RU

Festival -konqres iştirakçıları Ordubad və Kəngərli rayonlarına səfər ediblər

    “Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçılarının Ordubad və Çalxanqala rayonlarına səfəri təşkil olunub. 
    Ordubad rayonuna səfər çərçivəsində rayonun Parağa kəndində yaşayan qərbi azərbaycanlılarla görüş keçirilib. Həmçinin Qərbi Azərbaycana məxsus folklor nümunələri, mədəniyyət və mətbəx nümunələri nümayiş etdirilib. Görüşün keçirildiyi məkanda qonaqlar üçün konsert proqramı təşkil olunub.
    “Qərbi Azərbaycana qayıdış” festival-konqresin iştirakçıları Kəngərli rayonunun Çalxanqala kəndində deportasiyaya məruz qalmış soydaşlarımızla görüşüb, Çalxanqala kənd mərkəzində qərbi azərbaycanlılara məxsus müxtəlif məişət əşyaları, mətbəx nümunələrindən ibarət sərgiyə baxıblar.
    Sonra Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova və digər çıxış edənlər  Qərbi Azərbaycan torpaqlarından deportasiya olunan soydaşlarımızın tezliklə doğma yurdlarına qayıdacaqlarına əminliyini bildirib, təşkil edilən festival-konqresin, qərbi azərbaycanlılarla görüşün bu baxımdan mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Saz ifaları və müxtəlif musiqi nömrələri maraqla qarşılanıb. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 24.11.2023 21:27