AZ EN RU

Festival-konqres çərçivəsində Qərbi Azərbaycanla bağlı sənədli filmlər nümayiş olunub

    Noyabrın 24-də Qərbi Azərbaycana qayıdışa həsr olunmuş festival-konqres çərçivəsində Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Yada Daşı” sənədli filmi nümayiş olunub. Film nümayişində Qərbi Azərbaycan icmasının üzvləri, müəllim və tələbə heyəti olmaqla, ümumilikdə, 300 nəfər iştirak edib. 
    Məlumat üçün bildirək ki, “Müasir Yaradıcılığa Dəstək” İctimai Birliyinin hazırladığı sənədli film Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agent­liyinin maliyyə dəstəyi ilə ərsəyə gəlib. Film qədim Azərbaycan torpağı olan Qərbi Azərbaycanda, Zəngəzurda dağıdılmış  tarixi abidələrimiz və vətənsiz qalmış soydaşlarımızın acı taleyindən bəhs edir.
    “Gənclik” Mərkəzində nümayiş etdirilən ikinci film “Nəsil ağacı” olub.   Film  bir neçə ailənin hekayəsi timsalında hazırlanan ensiklopedik ekran əsəri olmaqla Qərbi Azərbaycanın qədim tarixi, etnoqrafiyası, mətbəxi, tanınmış şəxsiyyətləri və yaralı insan taleləri üzərində qurulub.

Sürəyya QƏDİMƏLİYEVA

 

Nəşr edilib : 24.11.2023 17:34