AZ EN RU

Fərqlənən 15 uşağa və 6 şəhid övladına hədiyyələr verilib

2023-cü ildə Heydər Əliyev Sarayında “İstedadlı uşaqlar-2023” adlı festival keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə festivalda müxtəlif idman növləri üzrə uşaqların nümunəvi çıxışları olub, uşaq ədəbiyyatının və istedadlı uşaqların hazırladıqları əl işləri - dekorativ, tikmə, toxuma iş, rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin müvafiq mövzuda videoçarx nümayiş olunub, 2022-2023-cü tədris ilində Naxçıvan şəhəri üzrə təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 15 uşağa və 6 nəfər şəhid uşağına hədiyyələr verilib.

Nail ƏSGƏROV

Nəşr edilib : 19.01.2024 14:19