AZ EN RU

Fərid Şəfiyev: Azərbaycanın 67 səfirindən ikisi qadındır

Azərbaycanın 67 səfiri var, onun yalnız ikisi qadındır.

Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) rəhbəri Fərid Şəfiyev iyunun 7-də Bakıda keçirilən “Xarici siyasət məsələləri üzrə beynəlxalq platformalarda Azərbaycan qadınlarının iştirakı: problemlər və perspektivlər” mövzusundakı dəyirmi masada deyib.

Onun sözlərinə görə, Azərbaycan buna baxmayaraq, gender bərabərliyi məsələsində bir çox ölkələrdən xeyli irəlidədir:

"Bu il ölkəmiz COP29-a ev sahibliyi edəcək. Azərbaycan hökuməti vaxtında, çevik reaksiya göstərdi. Bu tədbirin Azərbaycanın beynəlxalq nüfuzuna da müsbət təsir edəcək. BMTM də bununla bağlı işlər görür, müxtəlif tədbirlərdə iştirak edirik. Mərkəzin xanımları da bu məsələdə aktivdir. Onlar xarici ölkələrdə tədbirlərdə Azərbaycanı təmsil edirlər".

Nəşr edilib : 07.06.2024 14:41