AZ EN RU

Fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib

    IX-XI sinif şagirdləri arasında məktəblilərin respublika fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilmişdir. 657 şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla, 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25 sual təqdim olunmuşdur. Ən yüksək nəticə göstərən şagirdlər olimpiadanın ikinci mərhələsinə vəsiqə qazanacaqdır.
     Qeyd edək ki, ötən il keçirilən respublika fənn olimpiadasında muxtar respublika şagirdlərindən 5-i I, 13-ü II, 8-i III yer olmaqla, 26-sı qalib çıxmışdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin

mətbuat xidməti

Nəşr edilib : 25.01.2022 18:42