AZ EN RU

Femida könüllüsü olmaq üçün müsahibə mərhələsi keçirilib

“Femida Könüllüləri” Təşkilatının Naxçıvan nümayəndəliyi tərəfindən start götürülən könüllülük proqramı üzrə 4-5 aprel tarixlərində Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsində müsahibə mərhələsi keçirilmişdir.
Femida könüllüsü olmaq üçün qeydiyyatdan keçmiş hər bir namizəd müsahibə mərhələsinə dəvət edilmiş və müsahibə mərhələsində iştirak etmişdir.
Qeyd edək ki, müsahibə mərhələsini uğurla başa vuran  Femida könüllülərinin aprel ayı ərzində müvafiq instansiya məhkəmələrində mərhələli şəkildə könüllülük fəaliyyətinə başlaması nəzərdə tutulur.

Nəşr edilib : 06.04.2024 11:46