AZ EN RU

Fazil Mustafa hüquq-mühafizə qurumlarından birinin hospitalına köçürülüb

Evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa əməliyyatdan çıxıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilən məlumata görə, əməliyyat yekunlaşdıqdan sonra deputat Kliniki Tibbi Mərkəzdən köçürülüb.

Fazil Mustafanın təhlükəsizliyinin təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Nəşr edilib : 29.03.2023 11:05