AZ EN RU

Əziz teatrsevərlər!

    Yeni il bayramı münasibətilə  Naxçıvan teatrlarında nümayiş olunacaq tamaşaları sizə təqdim edirik.
    Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı hamınızın marağına səbəb olacaq “Şaxta babanı tapaq” tamaşasını 29,30 dekabr, 1,2,3 yanvar tarixlərdə, saat 12:00-da nümayiş etdirəcək.
    M.T.Sidqi  adına Naxçıvan Dövlət Kukla Teatrının bayram sovqatı isə balaca dostların sevincinə səbəb olacaq. Belə ki, 1,2 yanvar  tarixlərdə “Kələkbaz canavar”, 3,4 yanvar tarixlərdə “Turp”, 5 yanvarda “Buratino”, 6 yanvarda isə “İnanmayın tülkülərə” tamaşası nümayiş olunacaq. Səhnə əsərləri  qeyd olunan günlərdə, saat 11:00, 13:00 və 15:00-da təqdim olunacaq. 
    Naxçıvan Dövlət Uşaq Teatrı isə bayram günlərində balaca teatrsevərlərin qarşısına  “Doktor Aybolitin dostları” tamaşası ilə çıxacaq. Tamaşa  1 yanvarda, saat 11:00 və 15:00-da, 2,3,4 yanvar tarixlərdə isə saat 12:00 və 1400-da nümayiş olunacaq. 

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 27.12.2023 19:18