AZ EN RU

Əziz Ələkbərli – Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı

Biz bugünkü tədbirə qədər də bir sıra xarici ölkələrdə konfranslar keçirmişik. Bu Azərbaycan ərazisində Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən ilk konfransdır. Və bu konfransa təkcə azərbaycanlı ziyalılar, millət vəkilləri, ictimai xadimlər, dövlət adamları deyil, eyni zamanda xarici ölkələrdən xeyli qonaqlar dəvət olunub. Onlar həm panel çıxışlarında, həm də bölmə iclaslarında Azərbaycanın tarixi, coğrafiyası, mədəni irsi ilə bağlı məruzələrlə çıxış edəcəklər. Bizim də Qərbi Azərbaycan İcması olaraq Naxçıvanın müxtəlif bölgələrində Qərbi Azərbaycan əsilli insanlarla görüşlərimiz nəzərdə tutulub. Bu görüşlərdən biri Ordubad rayonunda təşkil olunacaq. Xüsusilə Ordubadın Parağa kəndində sonuncu deportasiya zamanı – 1987-1991-ci illərdə Qərbi Azərbaycanın tarixi mahallarından olan Dərələyəzdən xeyli sayda qaçqın məskunlaşır. Eyni zamanda Çalxanqala kəndində də bizim görüşlərimiz planlaşdırılıb. Biz nəzərdə tutmuşuq ki, bu festival Naxçıvan ərazisində hər il keçirilsin. Belə konfrans və festivalların Azərbaycan Respublikasının müxtəlif rayonlarında keçirilməsi nəzərdə tutulub. Elə hesab edirik ki, həm bu konfrans, həm də gələcək konfranslar Qərbi Azərbaycana Qaydış Konsepsiyası yolunda çox mühüm bir mərhələdir. Bu Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində irəliyə atılmış növbəti addımlardan biridir. Azərbaycanın bütün bölgələrində Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri açılır. Məqsəd insanlarımızı Qərbi Azərbaycana qayıdış ideyası ətrafında birləşdirib, onların bu ideaya uğrunda mübarizəyə qoşulmasını təmin etməkdir

Nəşr edilib : 23.11.2023 11:53